ELM VƏ TƏHSİL
Xəzər Universitetinin müəlliminin məqalələri Türkiyə ensiklopediyasında
Bakı, 3 sentyabr, AZƏRTAC
Xəzər Universitetinin dillər və mədəniyyətlər kafedrasının dosenti Zivər Hüseynlinin Türkiyədə 2016-cı ildə çap edilən ikicildlik “Ahilik” ensiklopediyasında on yeddi adda məqaləsi tezislər şəklində dərc olunub. Ensiklopediya Türkiyə Respublikası Gömrük və Ticarət Nazirliyinin nəşriyyatında çapdan çıxıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, orta əsrlərdə Azərbaycan, Anadolu və İranda fəaliyyətdə olmuş sənətkarlardan ibarət “Əxilik” ictimai təşkilatına aid sənət növləri və sənətkarlar haqqında ədəbiyyatda “Futüvvətnamə” və ya “Risalə” adlı nəzm və nəsr əsərlərindən ibarət yazı nümunələri mövcuddur. Z.Hüseynli fars dilində yazılmış futüvvətnamə və risalə nümunələrini araşdırıb və ensiklopediyada təqdim edib.