ELM VƏ TƏHSİL


Xəzər dənizinin səviyyəsi peyk altimetriyası vasitəsilə tədqiq edilir

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunun elmi seminarının iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Xəzər dənizinin səviyyə problemi şöbəsinin elmi işçisi Elnur Səfərov “Xəzər dənizi səviyyəsinin peyk altimetriyası vasitəsilə tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.

Tədqiqatçı dəniz səviyyəsinin uzunmüddətli peyk altimetrik müşahidə məlumatları ilə müvafiq yerüstü səviyyə-müşahidə məntəqələri arasında ətraflı müqayisəli təhlil aparıb. O, Xəzər dənizi səviyyəsinin il ərzində bütün akvatoriya boyunca Jason 1-2 və ENVİSAT peyklərinin müvafiq trekləri üzrə maksimal amplitudlarını və onların müşahidə olunduğu zaman fazalarını müəyyənləşdirərək xəritələşdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.