MƏDƏNİYYƏT


“Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti nömrəsində...

Bakı, 22 iyun, AZƏRTAC

“Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti (2/2017) nömrəsi nəşr olunub.

AZƏRTAC xəbər verir ki, digər nömrələrdə olduğu kimi, hazırkı nömrədə də maraqlı povestlər, hekayələr, romanlar və dünya poeziya nümunələri yer alıb.

Belə ki, oxucular nəşrin sözügedən nömrəsində “Kazuo İsiquronun “O günlərdən qalanlar” romanını, Herman Hessenin “Cavanlıq gözəl şeydir” hekayəsini, yeni tərcümədə Nikolay Qoqolun “Şinel” hekayəsini, Doris Lessinqin “Qarışqa yuvası” povestini və Əlisəmid Kürün şeirlərini oxuya biləcəklər.

Nəşrin digər rubrikalarında Fransua Moriakın “Sevgi səhrası” romanı, Rotterdamlı Erazmusun “Axmaqlığın tərifi” əsəri, Ejen İoneskonun “Keçəl müğənni qız” pyesi, Mixail Çexovun “Aktyorluq dərsləri”, Uinston Çörçilin memuarları və çağdaş Ukrayna poeziyasından nümunələr yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.