CƏMİYYƏT


Xəzər rayonunda “Azərbaycanda ənənəvi İslam və xarici təsirlər” mövzusunda seminar keçirilib

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın birgə təşkilatçılığı ilə təsdiq olunmuş tədbirlər planına əsasən Xəzər rayon Gənclər evində “Azərbaycanda ənənəvi İslam və xarici təsirlər” mövzusunda seminar keçirilib.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, seminarı açan Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov mövzu ilə bağlı geniş məlumat verərək dövlət-din münasibətlərindən, ölkəmizin tolerantlıq ənənələrindən, xalqımızın bütün dinlərə və konfessiyalara dözümlü münasibətindən, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsində belə keyfiyyətlərin əhəmiyyətindən danışıb. O bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər aidiyyəti dövlət qurumları vicdan azadlığından sui-istifadə cəhdlərinin, dini radikalizmin qarşısının alınması istiqamətində qətiyyətli tədbirlər həyata keçirirlər.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov “Azərbaycanda ənənəvi İslam və xarici təsirlər”, Dini maarifləndirmə işinin təşkili şöbəsinin məsləhətçisi Orxan Maşayev “Dini radikalizm və onun təzahür formaları” mövzularında çıxış edərək dini radikalizmə və ekstremizmə qarşı mübarizə, zərərli dini təriqətlərin yayılmasının qarşısının alınması sahəsində görülən işlər, eləcə də bu sahədə daxili işlər orqanları ilə qarşılıqlı əlaqənin və informasiya mübadiləsinin genişləndirilməsinin zəruriliyi barədə geniş məlumat veriblər.

Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Çərkəz Tanrıverdiyev və Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev çıxışlarında milli mənəvi dəyərlərin qorunmasından, İslam dininin olduğu kimi təbliğ edilməsindən danışıblar.

Rayonun fəal gənclərinin iştirak etdiyi tədbirdə suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.