CƏMİYYƏT


Xəzər rayonunda evdə yanğın baş verib, bir nəfər xəsarət alıb

A+ A

Bakı, 5 sentyabr, AZƏRTAC

Xəzər rayonunda ümumi sahəsi 112 kvadratmetr olan evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində ikimərtəbəli 3 otaqlı ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub, alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.