CƏMİYYƏT


Xəzərdə itkin düşən neftçilərin axtarışına BP-nin 3 gəmisi cəlb edilib

Bakı, 16 dekabr, Nihad Budaqov, AZƏRTAC

Xəzərdə itkin düşən neftçilərin axtarış və xilasetmə işlərinə BP şirkətinin 3 gəmisi cəlb edilib.

Bu barədə AZƏRTAC-a “BP Azerbaijan”ın əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O bildirib ki, BP şirkəti SOCAR-ın “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin (NQÇİ) 3 nömrəli Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın 150 metrlik hissəsinin dənizə uçması nəticəsində neftçilərin itkin düşməsindən kədərlənir. BP şirkəti baş verən hadisə ilə bağlı məlumat aldıqdan dərhal sonra SOCAR-a axtarış və xilasetmə işlərində iştirak etmək niyyətini bildirib. Hazırda BP şirkətinin 3 gəmisi Xəzərdə itkin düşən neftçilərin axtarış və xilasetmə işlərinə cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.