İQTİSADİYYAT


Xəzərdə kruiz turizmini inkişaf etdirmək planlaşdırılır

Bakı, 14 iyul, AZƏRTAC

Rusiya Federal Turizm Agentliyi (Rosturizm) Xəzəryanı ölkələri – Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanı cəlb etməklə, Xəzər dənizində kruiz turizmini inkişaf etdirməyi planlaşdırır. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bunu Rosturizmin başçısı Oleq Safonov bəyan edib.

O.Safonov deyib: "Biz Xəzərdə kruiz turizmini inkişaf etdirmək məsələsi üzərində işləyirik. Üstəlik, hesab edirik ki, belə turizm ən mühüm istiqamətlərdən biridir və çox perspektivlidir. Özü də bu layihələr Rusiya Federasiyasını, Azərbaycanı, İran İslam Respublikasını, Qazaxıstanı və Türkmənistanı birləşdirə bilər. Bununla da hazırda mövcud olmayan prinsipcə yeni, yüksək səviyyəli turizm məhsulu təklif olunacaq".

Onun sözlərinə görə, kruiz turizminin inkişafında başlıca problem infrastrukturun - gəmilərin yan alması üçün körpülərin, sərnişin vağzallarının, buraxılış məntəqələrinin yaradılması və s. Bu obyektlər gələn il üçün hazır olmalıdır.

Rosturizmin başçısı deyib: "Həmkarlarımız və dostlarımız bu işə çox böyük maraq göstərirlər. Mən İran və Azərbaycanı da nəzərdə tuturam. Bu işdə hamı maraqlıdır. Biz bu marşrutların yaradılması istiqamətində fəal irəliləyirik. Dünən Dağıstanın başçısı ilə görüşdə bu mövzunu da müzakirə etdik. Bu ideyanı o da dəstəkləyir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.