ELM VƏ TƏHSİL
Xəzərin ekoloji sistemi kompleks şəkildə tədqiq olunur
Bakı, 18 dekabr, Əziz Məmmədov, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, akademik Ramiz Məmmədov AMEA-nın müxbir üzvü, Coğrafiya İnstitutunun böyük elmi işçisi Rauf Qardaşov ilə birlikdə Xəzər dənizinin ekoloji sistemini kompleks tədqiqatlarını aparırlar.
Ramiz Məmmədov AZƏRTAC-a eksklüziv müsahibəsində bildirib ki, tədqiqatların nəticələrinə görə, ilk dəfə dəniz dalğalarının spektral-energetik ölçülərini parıltının ölçülərinin paylanması qanununa uyğun hesablamağa imkan verən asılılıq müəyyən olunub. Coğrafiya İnstitutunun direktoru daha sonra əlavə edib: “Həmin əlaqənin mikrodalğaların diapazonunda tətbiq edilməsi təhlükəli iri və maili okean dalğalarını kosmik metodların köməyi ilə üzə çıxarmağa imkan verir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]