MƏDƏNİYYƏT


“Xəzri” rəqs ansamblı İstanbulda keçirilən uşaq şənliyində iştirak edir

Bakı, 26 may, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin “Xəzri” rəqs ansamblı və C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin vokal sinfinin şagirdi Emin Məmmədov İstanbulda keçirilən 22-ci türk dünyası uşaq şənliyində iştirak edirlər.

İdarədən AZƏRTAC-a bildirilib ki, Türk Dünyası Araşdırmalar Vakfı (TDAV) tərəfindən keçirilən festivalda Azərbaycan, Tatarıstan, Əfqanıstandan, həmçinin Krım tatarları, Axıska türkləri, Makedoniya türkləri, Bolqarıstan türkləri və bir çox türkdilli dövlətlərin 14 rəqs qrupu çıxış edib. Festivala türk dövlətlərindən 350 şagird və 60 müəllim qatılıb.

Festivalda Krımdan “Cəmilə” xalq rəqs qrupunun ifasında “Dostluq”, Azərbaycandan “Xəzri” rəqs ansamblının ifasında “Bayram süitası”, Axıska türklərindən “Axıska atəşi” xalq rəqs qrupunun ifasında “Bar-Qarabağ-Ləzginka”, Türkiyədən “Bakırköy Əhməd Hamdi Tanpınar” xalq rəqs qrupunun ifasında “İzmir Zeybeği” və digər rəqs qruplarının rəqsləri nümayiş olunub.

Həmçinin festival çərçivəsində türk dünyası uşaqlarının səs yarışması keçirilib. Səs yarışmasında Türkmənistan, Krım türkləri, Azərbaycan, Kosova, Kərkük türkləri, Əfqanıstan, qaqauzlar, Kipr Respublikası, Axıska türkləri iştirak ediblər.

Səs yarışmasında ölkəmizi C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin vokal sinfinin şagirdi Emin Məmmədov “Evləri var xana-xana” xalq mahnısı ilə təmsil edib. Birinci yerə Türkmənistan, ikinci yerə Moldova qaqauzları, üçüncü yerə isə Azərbaycan layiq görülüb.

Qeyd edək ki, 22-ci türk dünyası uşaq şənliyində mayın 27-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.