İQTİSADİYYAT
Xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir
Tədbirlər planı əsasında istismarda olan modul və mexaniki təmizləyici qurğuların ayrı-ayrı hissələri çöküntülərdən təmizlənir və profilaktiki təmir işləri görülür.
QSC-dən AZƏRTAC-a bildiriblər ki, tədbirlər planı çərçivəsində görülən işlərdən biri də tullantıların emalı departamentinin 6-cı sahəsindəki (Heydər Əliyev adına Bakı neft emalı zavodunun 9-cu sexinin ərazisi) çökdürücü göllərin çöküntülərdən təmizlənməsi təmiri və bərpasıdır. Bu işlərin həyata keçirilməsi isə qurğuların istismar müddətinin artırılması, texnoloji proseslərin keyfiyyətinin yaxşılaşması və ətraf mühitin mühafizəsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Hazırda ikinci çökdürücü göldə təmizləmə və təmir-bərpa işləri aparılır və bu işlərin qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.
“Ekol Mühəndislik Xidmətləri” QSC göstərdiyi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlərini davam etdirir.