REGİONLAR


Xırdalan şəhər 1 nömrəli uşaq bağçası əsaslı təmirdən sonra qapılarını balacaların üzünə açıb

Xırdalan, 22 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli uşaq bağçası əsaslı təmirdən sonra qapılarını balaca fidanların üzünə açıb.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova əsaslı təmirdən sonra istifadəyə verilən uşaq bağçasında yaradılan şəraitlə tanış olub. Bildirilib ki, 1970-ci ildə inşa olunan bağça binası indiyədək təmir edilmədiyi üçün burada uşaqlar və müəllimlər üçün təhlükəli vəziyyət yaranmışdı. Hazırda isə 75-dən çox uşaq üçün nəzərdə tutulan bağça binası əsaslı şəkildə təmir olunub, təhlükəsiz şərait yaradılıb. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq, onların istirahətini yüksək səviyyədə təşkil etmək üçün hər cür şərait var. Məktəbəqədər müəssisənin həyətində abadlıq və quruculuq işləri görülüb, ərazi asfaltlanıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Balaca fidanların maraqları nəzərə alınaraq bağçanın həyətində xüsusi istirahət guşəsi də yaradılıb.

Binanın foyesində ulu öndər Heydər Əliyevin, dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət guşə yaradılıb.

Bağça ilə tanışlıqdan sonra uşaqların ifasında Vətənə, dövlətçiliyə, anaya həsr olunmuş şerlər, mahnılar, eləcə də milli və xarici rəqs nömrələri alqışlarla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.