REGİONLAR
Xırdalanda bayram konserti VİDEO
Xırdalan, 15 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bayram konserti təşkil olunub.
Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən bayram tədbirində rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət sahələrinin kollektivləri və ictimaiyyət nümayəndələri iştirak edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.
Bayram tədbirində bildirilib ki, müstəqil dövlətçiliyimizi yox olmaq təhlükəsindən xilas edən ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışı Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Qeyd edilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
Tədbirdə tanınmış incəsənət ustalarının ifasında müstəqil Azərbaycana həsr olunan mahnılar ifa edilib.