MƏDƏNİYYƏT


Xirosimada “Nabat” sədası

A+ A

Bakı, 14 iyul, AZƏRTAC

Bu il Xirosima faciəsinin 71-ci ildönümü ilə əlaqədar Yaponiyada keçirilən anım tədbirləri sırasına film nümayişi də əlavə olunub. Nəzərdə tutulan tədbirlər çərçivəsində reallaşacaq “Müharibə və sülh” adlı xüsusi beynəlxalq proqrama müxtəlif illərdə ayrı-ayrı ölkələrdə istehsal olunmuş altı film dəvət alıb.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nümayiş olunacaq filmlər arasında Elçin Musaoğlunun ekranlaşdırdığı və Qarabağ müharibəsi mövzusundan bəhs edən “Nabat” bədii filmi də yer alıb.

Ümumdünya sülh uğrunda mübarizə hərəkatının simvolu olan Xirosima qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimləri ənənəvi anım məkanı sayılan Xirosima Memorial Sülh Parkında keçiriləcək. Film ingilis və yapon dilində altyazılar ilə təqdim olunacaq. Nümayişlərdə faciə qurbanlarının qohumları, dövlət rəsmiləri, anım tədbirinin qonaqları və şəhər sakinləri iştirak edəcək.

Qeyd edək ki, “Nabat” filminin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Beşarat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Fatimə Məhəmməd Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıb.

Beynəlxalq premyerası Venesiya beynəlxalq kinofestivalında baş tutan “Nabat” filmi 30-dək xarici festivalda iştirak edib, on iki mükafata layiq görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.