REGİONLAR


Xızıda arıçılıq və arı məhsullarının inkişaf perspektivləri mövzusunda təlim-seminar keçirilib

Bakı, 13 yanvar, AZƏRTAC

"Xızı rayonunda arıçılar üçün təlim-seminarın keçirilməsi və arı məhsulları barədə kitab nəşri" layihəsi Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin elan etdiyi miniqrant müsabiqəsinin qalibi olub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində "Xızı rayonunda arıçılıq və arı məhsullarının inkişaf perspektivləri" mövzusunda təlim-seminar keçirilib. İqtisadiyyat Nazirliyinin, Xızı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Arıçılar Cəmiyyətinin, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan üzrə nümayəndəliyinin əməkdaşlarının və rayonda arıçılıqla məşğul olan 20-dən çox sahibkarın iştirak etdiyi tədbirdə arıçılığın inkişaf perspektivləri və bu sahəyə dövlət dəstəyi barədə məlumat verilib, qablaşdırma və brendləşmənin bu sahədə əhəmiyyəti, sahibkarlarla Azərbaycan Arıçılar Cəmiyyəti arasında işgüzar əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb, müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.