İQTİSADİYYAT


Xocahəsən yolunda yerüstü piyada keçidi bərpa edilib

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

Xocahəsən avtomobil yolunda bir müddət əvvəl avtonəqliyyat hadisəsi zamanı qəzalı vəziyyətə düşən yerüstü piyada keçidi “Azəravtoyol” ASC tərəfindən bərpa olunub.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bərpa işləri zamanı qəza nəticəsində keçidin dağılmış dəmir tirləri, həmçinin alt hissədə və kənarlarda olan üzlük materiallar yeniləri ilə əvəz olunub.

Bundan başqa, keçidin qalereyasının divarları, tavanı və döşəməsi əsaslı şəkildə təmir edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.