QAN YADDAŞI
Xocalı faciəsi XX əsrdə bütün dünyanın gözü qarşısında törədilib
Bakı, 26 fevral, AZƏRTAC
Bu gün erməni faşistlərinin törətdiyi bu qətldən 25 il ötür. Xocalı faciəsi XX əsrdə bütün dünyanın gözü qarşısında törədilib. Bu dəhşətli faciədə bir gecədə 613 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib. Bu, çox böyük bir dərd, dəhşətli faciədir. Ermənilərin əsrlər boyu xalqımıza qarşı yürütdüyü bu qeyri-insani siyasət nəticəsində həmvətənlərimiz öz əzizlərini itirib, yaşadıqları yerlərdən didərgin düşüblər. Artıq dünya ayağa qalxmalı və bu haqsızlığa son qoymalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar
fevralın 26-da Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən Əməkdar Artist Novruz Qartal söyləyib.
Əməkdar Artist bildirib: “Bu gün bütün dünyadan Azərbaycana turistlər gəlir. Onlar bizim vətənimizin hər sahədə inkişaf etdiyinin, zəngin mədəniyyətinin, insanpərvərliyinin şahidi olurlar. Bütün dünyanın sülh, əmin-amanlıq və firavanlıq arzusunda olduğu bu zamanda erməni qəddarlığı hələ də pis niyyətindən əl çəkmir”.