QAN YADDAŞI
Xocalı faciəsi unudulmayacaq
Bakı, 24 fevral, Aynur İsmayılova, AZƏRTAC
Fevralın 24-da Səlis Danışıq Mərkəzində Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirilib. Mərasimdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, mərkəzin direktoru Xavər Abdullayeva Xocalı soyqırımının şahidi olan insanların sonralar dünyaya gətirdikləri körpələrdə qüsurların olmasından danışıb. Bildirib ki, Səlis Danışıq Mərkəzində bu cür uşaqlara yardım edilir.
Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi, əslən Xocalıdan olan Xəlil Vəliyev şahidi olduğu hadisələrdən danışıb, faciənin heç zaman unudulmayacağını deyib. O, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının gördüyü işlərin əhəmiyyətini vurğulayıb.
Tədbirdə Xocalı soyqırımı ilə bağlı videomaterial nümayiş olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.02.2024 [16:41]
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
- 28.02.2024 [17:00]
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
- 28.02.2024 [02:18]