QAN YADDAŞI
Xocalı faciəsi xalqımızın başına gətirilən ən dəhşətli soyqırımlarından biridir
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
UNEC-dən AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin Yeni Azərbaycan Partiyası (YAP) gənclərinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə UNEC-in YAP Səbail rayon ilk ərazi təşkilatının sədri, prorektor Mikayıl Zeynalov qeyd edib ki, Xocalı faciəsi tarix boyu erməni qəsbkarları tərəfindən xalqımızın başına gətirilən ən dəhşətli soyqırımlarından biridir. Bizim gənclərimiz, UNEC tələbələri bu qətliamı unutmamalı və Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda bütün səylərini səfərbər etməlidirlər.
Sonra tələbələrin hazırladıqları ədəbi-bədii musiqili kompozisiya tədbir iştirakçılarına təqdim olunub.