MƏDƏNİYYƏT


Xocalı faciəsinin ildönümü ilə əlaqədar yazı müsabiqəsi elan edilib

A+ A

Bakı, 14 iyul, AZƏRTAC

Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Xocalıya ədalət” kampaniyası Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) himayədarlığı ilə yaradıcı yazı müsabiqəsinə start verir.

AZƏRTAC Cəmiyyətin saytına istinadla xəbər verir ki, müsabiqənin məqsədi bu dəhşətli faciə haqqında məlumatlılığı artırmaq, işğal edilmiş Dağlıq Qarabağ və ətraf 7 rayonun sülh yolu ilə qaytarılmasına dəstək göstərməkdir.

Hekayələr ingilis dilində yazılmalı və 4-6 min sözdən ibarət olmalıdır. Müəllifin istəyindən asılı olaraq hekayələr təsvir və ya faktlar əsasında yazıla bilər. Münsiflər heyəti qərarını hekayələrin müəllifin yaradıcılıq qabiliyyətini, təxəyyülünü, səlis yazı üslubunu nə dərəcədə əks etdirməsinə, habelə hekayənin fərqli xüsusiyyətlərinə əsasən verəcək.

Seçilmiş hekayələr bir topluda dərc ediləcək və Avropada yayılacaq. I, II və III yerləri tutanlar müvafiq olaraq 500, 250 və 150 funt məbləğində pul mükafatı alacaqlar.

Materiallar noyabrın 1-dək [email protected] ünvanına göndərilməlidir.

Müsabiqənin şərtləri haqqında geniş məlumatı aşağıdakı linkdən əldə etmək olar: http://teas.eu/klp.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.