QAN YADDAŞI
Xocalı parkında hazırlıq işləri başa çatmaq üzrədir
Bakı, 24 fevral, AZƏRTAC
Paytaxtın Xətai rayonundakı “Ana fəryadı” abidəsinin yerləşdiyi parkda Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar görülən hazırlıq işləri başa çatmaq üzrədir. Hazırlanan tədbirlər planına əsasən, abidənin yerləşdiyi parkda müxtəlif naxış formalarını özündə əks etdirən gül və bəzək kolları əkilib. Hər il fevralın 26-da minlərlə soydaşımızın ziyarət yerinə çevrilən park və ətrafı milli memarlıq nümunələrini özündə əks etdirən üzlük daşlı məhəccərlərlə əhatə olunub. Bunlarla yanaşı, parkın ətrafındakı yaşayış binaları və inzibati obyektlərin fasadlarında Xocalı faciəsini əks etdirən fotobannerlər quraşdırılıb. Anım günü ziyarətçilərin gediş-gəlişini təmin etmək məqsədilə parkın ətrafında da abadlıq işləri həyata keçirilir.