QAN YADDAŞI
Xocalı soyqırımı bəşəri cinayətdir
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universitetində (UFAZ) Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə UFAZ-ın direktoru Vazeh Əsgərov Xocalı soyqırımının bəşəri cinayət olduğunu qeyd edib və bu faciə barədə dünya ictimaiyyətinə daha ətraflı məlumatlar çatdırılmasının əhəmiyyətini vurğulayıb.
UFAZ tələbələri ingilis dilində çıxış edərək ermənilər tərəfindən Xocalıda törədilən faciənin dəhşətlərindən bəhs ediblər.
Tədbirdə Heydər Əliyev Fondunun Xocalı soyqırımı haqqında hazırladığı film nümayiş etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.02.2024 [16:41]
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
- 28.02.2024 [17:00]
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
- 28.02.2024 [02:18]