SİYASƏT


Xocalı soyqırımı da daxil olmaqla beynəlxalq cinayətlərə dair qanun layihəsi ictimai müzakirəyə çıxarılacaq

Bakı, 24 yanvar, AZƏRTAC

Xocalı soyqırımı da daxil olmaqla beynəlxalq cinayətləri törədənlərin cəzalandırılmasını əks etdirən yeni “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin son variantı fevralın birinci yarısında ictimai müzakirəyə çıxarılacaq. Bu barədə AZƏRTAC-a Milli Məclis sədrinin müavini, parlamentin insan hüquqları komitəsinin sədri Bahar Muradova məlumat verib.

Bahar Muradova qeyd edib ki, beynəlxalq cinayətlər deyəndə soyqırımı, etnik təmizləmə, hərbi cinayətlər nəzərdə tutulur. Xocalı qırğını da bütün bu qeyd olunanların hər birini əhatə edir. Xocalıda baş verən hadisələrə görə Ermənistan rəhbərliyi cavabdehlik daşıyır, onlar cinayət törədiblər. Bu cinayətə beynəlxalq cinayətlərə münasibət baxımından qiymət verilməlidir.

Vitse-spiker bildirib ki, vətəndaş cəmiyyəti tərəfindən təqdim olunan qanun layihəsi üzərində iş başa çatmaq üzrədir. Qanun layihəsinin son variantı fevralın birinci yarısında ictimai müzakirəyə çıxarıldıqdan sonra müvafiq rəylərin alınması üçün beynəlxalq təşkilatlara, Azərbaycanın aidiyyəti qurumlarına göndəriləcək və bundan sonra Milli Məclisin gündəliyinə salınacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.