QAN YADDAŞI
Xocalı soyqırımı gənclərin yaddaşına əbədi həkk edilməlidir
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin rektoru, professor Fərəh Əliyeva Xocalı soyqırımının yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə yönəlmiş vəhşilik olduğunu diqqətə çatdırıb. Xocalı soyqırımının gənclərin yaddaşına əbədi həkk olunaraq hər zaman anılmasının vacibliyi vurğulanıb. O, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyasını yüksək dəyərləndirib.
Sonda universitetin tələbələrinin ifasında Günel Anarqızının “Ataya məktub” əsəri əsasında hazırlanan videonümayiş etdirilib.