QAN YADDAŞI
Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş musiqili anım mərasimi
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş musiqili anım mərasimi keçirilib. Tədbir Təhsil Nazirliyinin dəstəyi ilə keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, mərasimdə Bakı Musiqi Akademiyasının dirijoru Fuad İbrahimovun rəhbərliyi altında Gənclər Kamera Orkestrinin müşayiətilə C.Albinoninin “Adajio”, İ.Baxın “Ariya”, F.Şopenin “Noktyurn c-moll”, F.Əmirovun “Nizami” simfoniyasından final hissə, V.Adıgözəlovun “Qərənfil”, “Şuşa”, M.Mirzəyevin “Dahi ustad Ü.Hacıbəyliyə ithaf”, A.Məlikovun “İki qəlbin dastanı” baletindən “Komdenin göz yaşları”, Fərhad Bədəlbəylinin “Ave-Mariya” əsərləri səsləndirilib.
Tədbir Qara Qarayevin “Matəm Odası” ilə yekunlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [09:00]
Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür
- 08.04.2024 [10:39]
“Arab News” qəzeti azərbaycanlıların soyqırımı barədə məqalə dərc edib
- 08.04.2024 [08:00]
Ağdaban faciəsindən 32 il ötür
- 31.03.2024 [08:55]
31 Mart soyqırımının səbəbləri – tarixçi alim şərh edir
- 31.03.2024 [08:25]
Soyqırımı qurbanlarının və şəhidlərimizin qanı yerdə qalmadı
- 31.03.2024 [08:00]
Mart soyqırımları XX əsrin ən qanlı faciələrindən biridir
- 29.03.2024 [18:51]