QAN YADDAŞI


Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Nyu-Yorkda mitinq keçiriləcək

Bakı, 7 fevral, AZƏRTAC

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ermənistanın BMT-dəki daimi nümayəndəliyi və BMT-nin baş qərargahı qarşısında mitinq keçirəcək.

AZƏRTAC Diasporla İş üzrə Dövlət Komitəsinin saytına istinadən xəbər verir ki, Nyu-York Azərbaycan-Amerika Qadın Cəmiyyətinin təşkil edəcəyi aksiyanın fevralın 24-də keçirilməsi nəzərdə tutulub. Cəmiyyətin rəhbəri Münəvvər Vahabova bildirib ki, aksiyada istifadə etmək üçün Azərbaycan həqiqətlərinin əks olunduğu plakatlar, şəkillər, şüarlar və yerli əhaliyə paylanması üçün nəzərdə tutulan Xocalı soyqırımı haqqında ingiliscə ətraflı məlumatın göstərildiyi vərəqələr çap olunub.

Fevralın 25-də isə Nyu-York Azərbaycan Evində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq. Tədbirdə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri, səfir Yaşar Əliyevin, nümayəndəliyin əməkdaşlarının, ABŞ-dakı Azərbaycan səfirliyinin nümayəndələrinin, Nyu-Yorkda fəaliyyət göstərən müxtəlif xalqların, icmaların liderlərinin, Bruklin şəhərinin prezidenti Erik Adamsın iştirakı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.