MƏDƏNİYYƏT


Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş rəsm müsabiqəsi elan olunub

A+ A

Bakı, 12 yanvar, AZƏRTAC

Bakıda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı “Xocalı” adlı rəsm müsabiqəsinə start verilib.

AZƏRTAC xəbər verir ki, elan olunmuş müsabiqə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatının birgə səyi ilə reallaşacaq.

Müsabiqədə iştirak etmək istəyənlər əsərlərini [email protected] elektron ünvanına göndərə bilərlər. Son müraciət tarixi fevralın 20-də başa çatacaq. Müsabiqənin nəticələri fevralın 27 və 28-də İçərişəhərdə Kiçik qala 105 ünvanında açıq səma altında gerçəkləşəcək sərgi çərçivəsində elan olunacaq.

Qaliblərə sertifikatlar təqdim ediləcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.