QAN YADDAŞI
Xocalı soyqırımının ildönümü ilə əlaqədar müsabiqə elan edilib
Bakı, 6 fevral, AZƏRTAC
“Gəncliyin Sosial-İqtisadi İnkişafina Yardım” İctimai Birliyi “Bakı fotoqrafiya akademiyası” və “Gənc liderlər Heydər Əliyev yolunda” dəstək kampaniyalarının birgə tərəfdaşlığı ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində “Xocalı bugünkü gəncliyin gözü ilə” şeir, hekayə, foto və rəsmlərdən ibarət müsabiqə elan edir.
Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş müsabiqədə seçilən şeir, hekayə, foto və rəsmlər mükafatlandırılacaq.
Arzu edənlər şeir və hekayələrini fevralın15-dək [email protected], foto və rəsmlərini isə [email protected] ünvanına göndərə bilərlər.