REGİONLAR


“Xocalı soyqrımı”nın tanınması ilə bağlı keçirilən petisiyaya Gəncə Dövlət Universitetinin kollektivi də qoşulub

Gəncə, 22 may, Rauf Hacıyev, AZƏRTAC

Gəncənin ali təhsil məktəblərində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun lektorlar qrupunun üzvü, Rusiyanın tanınmış tarixçisi, siyasi xadim Oleq Kuznetsovun Xocalı faciəsinin soyqırımı cinayəti kimi tanınması ilə bağlı Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlandığı petisiyanın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Gəncə Dövlət Universitetində (GDU) keçirilən təqdimat mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Rusiyanın tarixçisi və siyasi analitik Oleq Kuznetsov, universitetin kollektivi və Bilik Fondunun əməkdaşları iştirak edib.

Tədbiri açan GDU-nun humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva erməni terrorizmini, xalqımıza qarşı törədilən cinayətləri tarixi faktlar əsasında daha dolğun və həqiqətlərə uyğun açıb göstərdiyinə görə Oleq Kuznetsova təşəkkürünü bildirib.

Oleq Kuznetsov uzun müddət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanın dinc əhalisinə qarşı törədilən cinayətləri tədqiq etdiyini söyləyərək, Xocalı soyqırımının Rusiya Dumasında tanınmasından ötrü Gəncə ictimaiyyətini https//www.cvhange.org saytında yaradılmış petisiyaya qoşulmağa çağırıb.

Bilik Fonunun əməkdaşları petisiyada səs verməyin qaydasını izah ediblər.

Tədbirdə Gəncə Dövlət Universitetinin müəllim və tələbə kollektivi çıxış edərək erməni terroru haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdığına görə Oleq Kuznetsova minnətdarlığını bildirib, hamılıqla aksiyaya qoşulacaqlarına söz veriblər.

Qeyd edək ki, petisiyada 200 min səsin toplanması lazımdır. Bununla bağlı tədbirlər Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti ilə yanaşı, Şəmkir və Mingəçevir şəhərlərində də keçiriləcək.

Səsvermədə iştirak etmək üçün https//www.cvhange.org saytına daxil olaraq axtarış yerinə “Олег Кузнецов” yazmaq lazımdır. Xocalı faciəsinin soyqırımı cinayəti kimi tanınması ilə bağlı petisiyaya daxil olduqdan sonra ad, soyad, email ünvan, ölkə, şəhər və şərh yerini dolduraraq, imzalamaq düyməsinə basmaq vacibdir. Səs verdikdən sonra nəticənin şəklini çəkib, [email protected] ünvanına göndərmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.