QAN YADDAŞI
Xocalılar “dəyirmi masa”da erməni vəhşiliklərindən danışıblar
Goranboy, 31 mart, AZƏRTAC
Goranboyun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan xocalılılar 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə “dəyirmi masa” ətrafında bir araya gəliblər.
AZƏRTAC xəbər verir ki, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra rayon icra hakimiyyətinin başçısının müavini Lamiyə Qarayeva çıxış edərək, 1918-ci ildə ermənilərin Bakıda, eləcə də bölgələrdə törətdikləri qırğınlardan danışıb.
“Dəyirmi masa”da çıxış edənlər soyqırımı hadisəsinə siyasi-hüquqi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanının əhəmiyyətindən danışıblar.
Sonda 1918-ci il hadisələrindən bəhs edən videoçarx nümayiş etdirilib.