REGİONLAR


Xocalılı gənclər Cocuq Mərcanlıda Oqtay Həziyevin qonağı olublar

Gəncə, 19 iyun, Rauf Hacıyev, AZƏRTAC

Xocalıdan olan bir qrup gənc Xocalı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının dəstəyi, YAP Xocalı rayon Gənclər Birliyinin təşəbbüsü ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.

AZƏRTAC xəbər verir ki, “Cocuq Mərcanlıdan Xocalıya” devizi ilə həyata keçirilən səfərdə gəncləri doğma torpağı tərk etməyərək 20 ildən çoxdur kənddə yaşayan yeganə ailənin başçısı Oqtay Həziyev qarşılayıb.

Gənclər Oqtay Həziyevin evində qonaq olublar. Uzun illərdən sonra ilk qonaqlarını qarşılayan kənd sakinin mənzilində xoş duyğular yaşanıb. Tezliklə Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağına və bu cür görüşlərin digər rayonlarımızda da keçiriləcəyinə əminlik ifadə edilib.

Sonra qonaqlar yeni bərpa edilən Cocuq Mərcanlı ilə tanış olublar. Cocuq Mərcanlı kəndində inşa olunan Şuşa məscidinə oxşar məscid ziyarət edilib. Qəsəbədə yeni tikilən evlərə baxış keçirilib.

Xocalı şəhər 3 nömrəli musiqi məktəbinin nəzdində yaradılan ansamblın müşayiəti ilə şən mahnılar oxunub. Qəsəbədən Lələtəpə yüksəkliyi qürur hissi ilə seyr edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.