QAN YADDAŞI
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilən anım konserti “London Live” telekanalında yayımlanıb
Bakı, 3 mart, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən martın 1-də təşkil edilən anım konserti Londonun 8,6 milyon izləyicisi olan “London Live” telekanalında 30 dəqiqəlik proqramda yayımlanıb.
Verilişin aparıcısı Klaudia-Liza Armah bildirib ki, bu gecə Azərbaycanın Xocalı şəhərində qətlə yetirilmiş 613 insanın xatirəsinə ithaf olunub. Konsert çox kədərli notlar üzərində qurulub və müharibə zamanı öldürülən bütün insanları simvolizə edən bir faciəni yad etmək üçün keçirilir.
Konsert barədə məlumat Londonun gündəlik dövriyyəsi 900 min olan “Evening Standard” qəzetində də yayılıb.