REGİONLAR


Xocavənd qəsəbəsində içməli su xəttinin dəyişdirilməsinə və kanalizasiya xəttinin çəkilişinə başlanılacaq

A+ A

Beyləqan, 16 iyul, AZƏRTAC 

Ərazisi işğal altında olan Xocavənd rayonunun azərbaycanlı əhalisi respublikanın 37 şəhər və rayonunda məskunlaşıb. Xocavəndli məcburi köçkünlər əsasən Beyləqan rayonu ərazisində yerləşən Xocavənd, Yeni Xocavənd, Yeni Tuğ, Qaradağlı, 320 ailəlik qəsəbələrdə, Ağcabədi rayonu ərazisində salınmış yaşayış massivində kompakt şəkildə yaşayırlar. 2016-cı ilin birinci yarısında Yeni Xocavənd qəsəbəsinin daxili yolları qum-çınqıl örtüyü ilə təmir edilib. Xocavənd qəsəbəsinin abadlaşdırılması və idman zalının tikintisi davam etdirilib. Məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə 1150 ədəd həmişəyaşıl ağacı və gül kolları əkilib. Bu il Xocavənd qəsəbəsində içməli su xəttinin dəyişdirilməsinə və kanalizasiya xəttinin çəkilməsi işlərinə başlanılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Xocavənd qəsəbəsində 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda məlumat verilib.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun məruzəsində bildirilib ki, hesabat dövründə rayonun təsərrüfatlarında 2068 baş iribuynuzlu heyvan, 15 min 370 baş qoyun-keçi olub. Rayon üzrə 5883,9 hektar buğda sahəsindən 17 min 722,14 ton, 248,51 hektar arpa sahəsindən 646,126 ton məhsul götürülüb. Bundan başqa, fermerlər tərəfindən 195,5 ton kartof, 117,8 ton tərəvəz istehsal edilib.

Yığıncaqda qeyd olunub ki, rayon məşğulluq mərkəzinə 112 nəfər işaxtaran vətəndaş müraciət edib, onlardan 61 nəfəri işlə təmin olunub. Xəzər Strateji Araşdırmalar İnstitutu tərəfindən həyata keçirilən “Qarabağ xalçaları” layihəsi çərçivəsində 320 ailəlik qəsəbədə xalçaçılıq kursları təşkil olunub. Həmin kursların davam etdirilməsi və xalça istehsal edən sexin fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulub.

Bildirilib ki, ilin ötən dövrü ərzində xocavəndli məcburi köçkünlərin məskunlaşdığı 13 rayonda 23 səyyar qəbul keçirilib. 504 nəfər sakinin iştirak etdiyi görüşlərdə müxtəlif problemlərlə bağlı 38 məsələ barədə müraciətlər olunub. Qaldırılmış məsələlərin 89,5 faizi öz müsbət həllini tapıb, 10,5 faizi ilə əlaqədar izahat işləri aparılıb.

Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı, mövcud problem və çatışmazlıqlar da qeyd olunub, qarşıda duran vəzifələrdən danışılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.