İQTİSADİYYAT


Xocəsən-Lokbatan avtomobil yolu təmir edilir

Bakı, 7 avqust, AZƏRTAC 

Xocəsən-Lokbatan avtomobil yolunun 9-13 kilometrlik hissəsinin deformasiyaya uğramış asfalt-beton örtüyünün və dağılmış hissələrinin təmir-bərpa işləri aparılır.

Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib. Təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları ilə qaşınaraq kənara daşınır. Ümumilikdə təmizlənmiş hissələrə 10 min kvadratmetr yeni asfalt-beton örtüyü döşənəcək.

Təmir-bərpa işləri tərtib olunmuş cədvələ uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. İşlərin bir neçə gün ərzində yekunlaşdırılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.