MƏDƏNİYYƏT


“Xortdanın cəhənnəm məktubları” “İzvestiya Kalmıkii” qəzetində

A+ A

Bakı, 9 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yeni tamaşası “Xortdanın cəhənnəm məktubları” haqqında daha bir xarici mətbu orqanında məqalə dərc olunub. Ötən – 87-ci teatr mövsümündə Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın Əməkdar İncəsənət Xadimi və Azərbaycanın Fəxri Mədəniyyət İşçisi Boris Manciyev tərəfindən hazırlanan və iki ölkə teatrı arasında bağlanmış yaradıcılıq müqaviləsinin uğurlu nəticəsi olan bu tamaşa artıq bir sıra ölkə və xarici kütləvi informasiya vasitələrində işıqlandırılıb.

“İzvestiya Kalmıkii” qəzetində dərc olunan “Cəhənnəm məktubları” kalmık rejissorunun gözündə” başlıqlı növbəti yazıda Boris Manciyevin əsərin ərsəyə gəlməsindəki yaradıcılıq prosesini əks etdirən müsahibəsi, Gövhərtac və Fərmanın saf sevgisi və bu sevgi ilə paralel inkişaf edən digər hadisələr yer alıb.

Qeyd edək ki, görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı povesti əsasında hazırlanmış “Xortdanın cəhənnəm məktubları” tamaşası haqqında ötən ay Kalmıkiyanın daha bir nüfuzlu - "Kalmıtskaya pravda" qəzetində “Boris Manciyevin quruluşunda əbədi həqiqət” yazısı nəşr edilib. Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.http://www.elista.org/files/31.pdf

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.