DÜNYA


Xorvatiya Milad bayramına hazırlaşır

A+ A

Zaqreb, 22 dekabr, AZƏRTAC

Xorvatiya Milad bayramına hazırlaşır.

Bayram əhvali-ruhiyyəsi Zaqreb şəhərində yaradılmış yeddi milad bazarında daha aydın hiss olunur. Bu bazarlardan ən əsası Bana Yosip Elaçiç meydanında yerləşir. Oyuncaq evlərə bənzəyən köşklərdə bayramla əlaqədar qablar, əl işi olan kuklalar, bəzəklər və şirniyyatlar satılır.

Milli musiqi şəhərin bir çox yerlərində eşidilir. Klassik musiqi həvəskarları Marşal Tito meydanında Xorvatiya Milli Teatrının balkonunda orkestrin canlı ifasına qulaq asa bilərlər. Eyni zamanda, sürüşmək üçün xüsusi buz meydanları da hazırlanır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.