DÜNYA


Xorvatiyada daun sindromlu insanların xidmət göstərdiyi kafe açılacaq

A+ A

Zaqreb, 9 dekabr, AZƏRTAC

Xorvatiyanın Vinkovtsi şəhərinin mərkəzində “Bubamara” təşkilatının təklifi, şəhər bələdiyyəsinin və HEP milli energetika şirkətinin dəstəyi ilə daun sindromlu insanların xidmət göstərdiyi kafe açılacaq. “Bubamara” təşkilatının sədri Tomislav Veliç jurnalistlərə müsahibəsində deyib ki, Şotlandiya səfərində daun sindromlu insanların xidmət göstərdiyi kafedə olduğu zaman kafenin ictimaiyyət arasında böyük rəğbət qazandığını görərək eyni layihəni Xorvatiyada həyata keçirmək qərarına gəlib. Təşkilat sədri tezliklə əlillərin, fiziki və ya əqli qüsurlu insanların işlə təmin edilməsinə nail olunacağına və Xorvatiyanın digər şəhərlərində də buna bənzər yeni kafelərin açılacağına inandığını bildirib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.