SİYASƏT


Xorvatiyalı nazir: Mədəniyyətlərarası dialoqun genişləndirilməsində Azərbaycanın xüsusi rolu var

Bakı, 12 aprel, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrin xarici işlər nazirlərinin Varşava toplantısı çərçivəsində Xorvatiyanın Baş nazirinin müavini, xarici və Avropa işləri üzrə naziri Davor İvo Stier ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, D.İ.Stier dövlətlər arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafının məmnunluq doğurduğunu, xüsusilə enerji sektorunda əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini bildirib. D.İ.Stier, həmçinin mədəniyyətlərarası dialoqun genişləndirilməsində Azərbaycanın rolunu xüsusi qiymətləndirib.

Enerji sahəsində əməkdaşlığa toxunan Elmar Məmmədyarov TAP layihəsi barədə yeniliklərlə bağlı məlumat verib. İqtisadi sahədə əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirən E.Məmmədyarov bu xüsusda dəniz gəmiçiliyi, gəmi quraşdırma, eləcə də dərman istehsalı sahəsində əlaqələrin genişləndirilməsinin qarşılıqlı faydalı ola biləcəyini vurğulayıb. Azərbaycanın xarici işlər naziri 2017-ci il mayın 4-6-da Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Xorvatiyadan olan nümayəndələrin iştirakına ümidvar olduğunu bildirib.

Elmar Məmmədyarov Xorvatiya hökumətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə təşəkkür edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.