DÜNYA


Xoş təsadüf: 23-cü mərtəbədən yıxılan oğlan sağ qalıb

A+ A

Bakı, 26 sentyabr, AZƏRTAC

Rusiyanın Novosibirsk şəhərində 23-cü mərtəbədən yıxılan yeniyetmə sağ qalıb. Xoş təsadüf nəticəsində o, həyətdə dayanan minik avtomobilinin kuzasına dəyib və nəticədə zərbənin təsiri yüngülləşib.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyinin Novosibirsk vilayəti üzrə baş idarəsindən verilən məlumata görə, 16 yaşlı yeniyetmə çoxmərtəbəli binanın 23-cü mərtəbəsində idman etdiyi zaman müvazinətini itirərək yıxılıb.

Cavan oğlan təcili tibb yardımı maşını ilə xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin sabit olduğu bildirilir. Hadisə ilə bağlı yoxlamalar aparılır.

Şahidlərin ifadəsinə görə, hadisə zərərçəkənin öz dostlarına hündürlükdə fənd göstərmək istədiyi zaman baş verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.