Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Xoşbəxt Yusifzadə: Hazırda əsas vəzifə itkin düşən insanları axtarıb tapmaq və yanğını söndürməkdir [YENİLƏNİB] VİDEO

Bakı, 6 dekabr, AZƏRTAC

Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən yaradılan Dövlət Komissiyası dekabrın 5-də öz işinə başlayıb. Dövlət Komissiyasının sədri, Baş nazir Artur Rasizadə Komissiyanın üzvləri ilə görüşüb, vəziyyəti müzakirə edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri baş vermiş hadisə ilə bağlı dekabrın 6-da keçirilən mətbuat konfransında SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Mətbuat konfransında, həmçinin SOCAR-ın vitse-prezidentləri Xalik Məmmədov, Elşad Nəsirov, Bədəl Bədəlov, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev və digər şəxslər iştirak ediblər.

Bildirilib ki, dekabrın 4-də əsən güclü küləyin sürəti bəzən saniyədə 38-40 metrə çatırdı. Qasırğa təxminən 27 saat davam edib. Güclü külək nəticəsində dalğaların hündürlüyü 8-10 metrə çatırdı. Qaz quyularından 10-cu platformaya gələn kəmərlərdən birində dalğaların təsiri nəticəsində partlayış baş verib. Partlayışın meydançaya və quyulara heç bir aidiyyəti olmayıb. Qazlift kəmərində baş verən partlayış platformada yanğına səbəb olub.

Xoşbəxt Yusifzadə deyib ki, qəfil baş verən partlayış nəticəsində buradakı insanlar özlərini itiriblər. Lakin platformadakı əməkdaşlar təlimata uyğun olaraq hərəkət ediblər. Belə ki, platformadakı işçilər vaxt itirmədən qayıqlara minərək xilas olmağa çalışıblar. Onlar təlimata uyğun olaraq tez bir zamanda iki qayığa miniblər. Bir qayıqda 26, o birisində isə 34 nəfər olub. Həm dalğadan, həm də yanğından qorunmaq üçün qayıqlar sudan müəyyən hündürlükdə platformadan asılı vəziyyətdə saxlanılıb. Ancaq həm yanğın, həm də dalğa buraya gələn gəmilərə platformaya yaxınlaşıb qayıqdakı işçiləri xilas etməyə imkan verməyib.

Diqqətə çatdırılıb ki, saat 22:30 radələrində güclü küləyin və dalğanın təsiri ilə qayıqlardan birinin asıldığı qarmaqların qırılması nəticəsində həmin qayıq dənizə düşüb. İşçilərdə xilasedici jiletlər olsa da, dalğalar arasında itkin düşüblər. Onlardan üçü xilas olunub, digərlərinin isə axtarışları helikopter və gəmilərlə davam etdirilir.

Xoşbəxt Yusifzadə bildirib ki, digər qayıqda olan 26 işçinin hamısı xilas olunub və yüngül xəsarət alanlar var. Hazırda işlər davam etdirilir, əsas vəzifə itkin düşən insanları axtarıb tapmaq və yanğını söndürməkdir. Bunun üçün də tabeliyində gəmilər olan bütün qurumlar bu işə cəlb edilib, helikopterlərlə axtarış aparılır. SOCAR-ın və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi də hadisə yerindədir, aidiyyəti qurumlar tərəfindən axtarış-xilasetmə işləri davam etdirilir. Baş vermiş hadisə bütün Azərbaycan xalqının faciəsidir.

SOCAR-ın birinci vitse-prezidenti deyib ki, platformada 24 neft və 4 qaz quyusu istismar edilir. Həmin quyulardan gündəlik olaraq 920 ton neft, bir milyon kubmetrə yaxın qaz hasil olunur. Yanğın baş verən zaman platformalardan gələn qaz kəmərləri dərhal bağlanılıb. Yanan əsasən borulardakı qalıq qaz olub. Qasırğa nəticəsində gəmilər yanğını söndürə bilmədiyindən alov quyulardan birinə keçib. Buna baxmayaraq, platformaya gələn qazın kəsilməsinə nail ola bildik. Qazın kəsilməsindən sonra qazlift quyularının istismarı dayandırıldı. Hazırda yalnız bir quyuda yanğın baş verib. Lakin bu, elə də böyük yanğın deyil və günün sonunadək onun söndürülücəyinə ümid edirəm.

Bildirilib ki, 1984-cü ildə tikilən platformanın istismar müddəti 50 ildir. Hadisə baş verən zaman platformada 63 nəfər olub. Onların arasında neftçilərlə yanaşı, tikintidə və digər işlərdə çalışan işçilər də olub.

Qeyd edilib ki, dekabrın 4-də güclü tufan nəticəsində “Neft daşları” NQÇİ-nin 501 nömrəli özülündə dalğaların estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə uçurması ilə itkin düşən üç neftçinin (onlardan birinin cəsədi bir gün sonra tapılaraq dənizdən çıxarılıb) axtarış-xilasetmə işləri də paralel surətdə aparılır.

Hadisənin təxribat olması ehtimalı ilə bağlı sualı cavablandıran SOCAR-ın birinci vitse-prezidenti bildirib ki, partlayış 27 saat davam edən küləyin yaratdığı dalğanın təsiri nəticəsində baş verib. Ona görə də burada hansısa təxribat ehtimalı real görünmür. Lakin bu işlər Dövlət Komissiyasına daxil edilən Milli Təhlükəsizlik Nazirliyi tərəfindən də araşdırılacaq.

X.Yusifzadə axtarış-xilasetmə və yanğının söndürülməsi işləri ilə əlaqədar heç bir ölkəyə müraciət edilmədiyini, bütün tədbirlərin Azərbaycan dövləti tərəfindən həyata keçirildiyini vurğulayıb.

SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov bildirib ki, hadisə baş verən zaman platformada hər biri 42 nəfərlik 4 qayıq olub. Həmin qayıqlardan ikisindən ümumiyyətlə istifadə edilməyib. Təlimata əsasən, əgər estakada da, platformada qaz, yanğın, partlayış təhlükəsi olarsa, işçilər təxliyə edilməlidirlər. Oradakı işçilər də təxliyə planına uyğun olaraq hərəkət ediblər. Qayıqlardan biri küləyin təsiri ilə özülün dayaqlarına ilişib və həmin qayıqdakı işçilərin hamısı sağ qalıb. Digər qayıq isə qasırğa nəticəsində parçalanıb və içindəki işçilər dənizə düşüblər. Qayıqdakı insanlarla danışıq aparılırdı. Lakin hündürlüyü 10 metrə çatan dalğalar qayıqların xilasetmə gəmilərinin göyərtəsinə qaldırılmasına imkan verməyib. Parçalanan qayıqdan iki nəfər dənizə atılıb, iki nəfər isə platformaya çıxıb. Biz platformadan üç nəfəri xilas etdik. Bir nəfər əvvəlcədən qayığa minməmişdi. Dənizə düşən şəxslərdən ikisi də çıxarılıb. Təəssüf ki, onlardan biri gəmidə keçinib. Digəri isə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

X.Məmmədov deyib ki, platformada 63 nəfər olub. Onların 33 nəfəri xilas edilib. Bir nəfərin cəsədi çıxarılıb, 29 nəfərin isə axtarışı davam etdirilir. Bu gün fövqəladə hallar naziri, Sərhəd Qoşunlarının komandanı, “Xəzər Dəniz Gəmiçiliyi”nin rəisi və SOCAR-ın prezidenti görülən işlərlə bağlı Baş nazirə hesabat verdilər. İtkin düşən şəxslərin tapılması ilə bağlı Qazaxıstan, Rusiya və İranın sərhəd qoşunlarına, bütün balıqçı gəmilərinə məlumat verilib. Xəzər Dəniz Donanmasının, Fövqəladə Hallar Nazirliyinin və Sərhəd Qoşunlarının gəmiləri axtarış-xilasetmə prosesini davam etdirir. Bu işlərə, həmçinin DSX-dən 7, FHN-dən isə 4 helikopter cəlb olunub. Bütün aidiyyəti qurumların rəhbərliyi axtarış işlərinə nəzarət edirlər.

SOCAR-ın vitse-prezidenti ölən işçi Həsənov Zaur Vahid oğlunun ailəsinə, qohumlarına və bütün Azərbaycan xalqına başsağlığı verib, itkin düşən şəxslərin ailələrinə səbir diləyib. O, axtarış-xilasetmə işlərinə cəlb olunanların çətin şəraitdə dayanmadan fəaliyyət göstərdiklərini diqqətə çatdırıb. Bildirilib ki, dekabrın 5-də helikopterlə altı dəfə cəhd edilsə də yanan platformaya enmək mümkün olmayıb. Bu, ən son cəhddə mümkün olub və platformanın döşəməsi kəsildikdən sonra qayıqdakı işçilər təxliyyə ediliblər.

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib ki, FHN-in “qaynar xətti”nə dekabrın 4-də saat 17:36-da yanğın haqqında məlumat daxil olub. Həmin platforma sahildən 110 kilometr aralıda yerləşir. FHN-in dənizdə daim növbə çəkən “Vixr-9” yanğınsöndürən gəmisi 25 dəqiqədən sonra hadisə yerinə çatıb. Bütün cəhdlərə baxmayaraq, dekabrın 4-də həmin gəmi özülə yaxınlaşa bilməyib. Dekabrın 5-də saat 08:02 radələrində FHN-in 4 helikopteri, 2 dalğıcı və 13 xilasedicisi hadisə yerinə cəlb olunub. Temperaturun yüksək olması və küləyin istiqamətinin dəyişməsi nəticəsində helikopterlər özülə eniş edə bilməyib. Buna görə də helikopterlər 5-ci və 3-cü özüllərə eniş edib. Küləyin sürəti bir az azaldıqdan sonra “Müslüm Maqomayev” gəmisi və digər helikopterlərlə özülə yaxınlaşdıq. Xilasedicilər özülə çıxıb döşəməni kəsərək qayıqdakı insanları xilas etməyə başladılar. Xilasetmə qayığından 27, özülün üzərindən isə üç nəfər təxliyyə edilərək “Müslüm Maqomayev” gəmisi ilə saat 18:45-də sahilə çatdırıldı.

E.Mirzəyev bildirib ki, hazırda itkin düşmüş 29 nəfərin tapılması ilə bağlı fasiləsiz olaraq zəruri tədbirlər həyata keçirilir.

Sonra xilasetmə əməliyyatları barədə son vəziyyətlə bağlı telefon əlaqəsi yaradılıb. Telefon əlaqəsi zamanı bildirilib ki, dekabrın 6-da saat 08:15-dən etibarən nazirliyin üç helikopteri və bir təyyarəsi, həmçinin Dövlət Sərhəd Xidmətinin dörd helikopteri itkin düşən işçilərin axtarışına cəlb olunub. Son məlumata əsasən, helikopterlərdən biri tərəfindən hadisə yerindən 40 kilometr məsafədə müəyyən əşyalar aşkar olunub. FHN-in və DSX-nin şəxsi heyətləri sahilboyu ərazilərdə vizual müşahidə aparır. Hadisə baş verən ərazidə küləyin istiqaməti və sürəti nəzərə alınaraq Türkmənistan və İranın müvafiq qurumları, həmçinin dənizdə olan bütün gəmilər itkin düşənlərin axtarışı barədə məlumatlandırılıb. Hazırda FHN-in iki yanğınsöndürən gəmisi, eyni zamanda, SOCAR və bp şirkətlərinə məxsus üç gəmi yanğının söndürülməsi işlərini həyata keçirir.

Mətbuat konfransında qeyd olunub ki, baş verən hadisə ilə bağlı ictimaiyyəti məlumatlandırmaq üçün SOCAR tərəfindən iki qərargah yaradılıb. Həmin qərargahlardan biri “Azneft” İstehsalat Birliyinin binasında, digəri isə Zığ şosesi, Əbilov 27 ünvanında fəaliyyət göstərir. Qərargahlar 24 saat ərzində fasiləsiz işləyir. Eyni zamanda, “Azneft” İstehsalat Birliyində yaradılan qərargahda hər üç saatdan bir mətbuat üçün açıqlamalar olacaq.

Daha sonra axtarış-xilasetmə işləri barədə görüntülər nümayiş etdirilib.

Xoşbəxt Yusifzadə: Hazırda əsas vəzifə itkin düşən insanları axtarıb tapmaq və yanğını söndürməkdir [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev