CƏMİYYƏT
Xoşbəxt Yusifzadə: Ümid edirik ki, itkin düşmüş neftçilər yaxın günlərdə tapılacaq
Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 15-də güclü külək nəticəsində “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin (NQÇİ) 3 nömrəli Neft Yığım Məntəqəsində baş vermiş hadisədə itkin düşmüş neftçilərin axtarış işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.
O bildirib ki, axtarış işləri hələlik heç bir nəticə verməyib: “Ümid edirik ki, itkin düşmüş neftçilər yaxın günlərdə tapılacaq”.
X.Yusifzadə qeyd edib ki, qəzanın səbəblərini araşdırmaq üçün yaradılmış komissiya öz işini davam etdirir və nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.