DÜNYA


Xoşbəxtliyin sirri araşdırılıb

A+ A

Bakı, 10 avqust, G.Məlikova, AZƏRTAC

Britaniya alimləri xoşbəxtliyin sirrini araşdırıblar.

AZƏRTAC “Vista News” saytına istinadla xəbər verir ki, tədqiqatlarda müxtəlif karyerası, əmək haqqı və vəzifəsi olan 600 nəfər iştirak edib. Nəticədə gördükləri işin faydalı olduğunu və özlərinin bu işdə bilik və bacarığını nümayiş etdirdiyini hiss edən insanların xoşbəxt olduqları bəlli olub.

Statistikaya əsasən, dünyada işləyən insanların 13 faizi özünü gördüyü işin bir hissəsi hesab edir. Alimlər digərlərinə öz unikallığını qiymətləndirmələrini, keçmiş qələbələrini xatırlamalarını və buna uyğun olaraq iş yerləri seçmələrini məsləhət görüblər.

Araşdırmalar əsasında elm adamları xoşbəxtliyin hər kəs üçün əlçatan olduğunu bildiriblər. Belə ki, stabil sülh şəraiti və dincliyin işin məhsuldarlığını artırdığı və orqanizmə müsbət təsir göstərdiyi bəlli olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.