SİYASƏT


“Xovar” agentliyi Azərbaycan-Tacikistan əməkdaşlığından bəhs edib

Düşənbə, 21 may, АZƏRTAC 

Tacikistanın “Xovar” agentliyi Mukammal Rəcəbinin Azərbaycan-Tacikistan əməkdaşlığı, ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılması ilə bağlı tacik və rus dillərində geniş məqaləsini yayıb.

Yazıda bildirilir ki, ölkələrimiz arasında diplomatik münasibətlərin əsası 1992-ci il mayın 29-da qoyulub. Tacikistan ilə Azərbaycan arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, nəqliyyat, bank və digər sahələrdə əlaqələr uğurla inkişaf edir. Ölkələrimiz BMT, MDB, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq edirlər.

Şərq ilə Qərbi birləşdirən infrastrukturun yaradılmasından bəhs edilən məqalədə bildirilir ki, nəqliyyat dəhlizləri ikitərəfli əlaqələrin mühüm tərkib hissəsidir, Bakı Limanı isə Mərkəzi Asiya ölkələri üçün mühüm nəqliyyat qovşağıdır.

Diqqətə çatdırılır ki, Mərkəzi Asiya ölkələri Türkmənistan ərazisindən bərə vasitəsilə Türkmənbaşı-Bakı və Bakı-Tbilisi-Qars dəhlizi ilə dünya bazarına, xüsusilə Şərqi, Mərkəzi və Cənubi Avropa bazarlarına çıxa bilir.

Tacikistanın Azərbaycanın Əfqanıstan, Pakistan və Cənubi Asiya bazarlarına çıxışı üçün tranzit ölkə rolunu oynadığı vurğulanan məqalədə bildirilir ki, Tacikistan-Türkmənistan-Əfqanıstan-Tacikistan dəmir yolunun Bakı-Tbilisi-Qars layihəsinə birləşdirilməsi, Düşənbə-Bakı birbaşa təyyarə reysinin bərpa edilməsi vacib amilə çevrilməkdədir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.