DÜNYA


Xristian Demokrat İttifaqı “əks-təbliğatda” “Deutsche Welle” teleradio şirkətinə bel bağlayır

Berlin, 9 fevral, AZƏRTAC

Almaniyanın beynəlxalq ictimai teleradio şirkəti “Deutsche Welle” (DW) ölkə hüdudlarından kənarda bir sıra media şirkətləri tərəfindən aparılan “dezinformasiya və təbliğat tədbirlərinə qarşı ciddi vasitə” olmalıdır. Bu cür qərarı Xristian Demokrat İttifaqının KİV və tənzimləmə məsələləri üzrə işçi qrupu qəbul edib. Bu barədə işçi qrupunun rəhbəri və DW-nin yayım şurasının üzvü Marko Vandervits jurnalistlərə məlumat verib. O deyib: “Əgər başqa ölkələrin öz xarici yayım şirkətlərini maliyyə cəhətdən necə dəstəkləmələrini və Almaniyada ictimai fikrin formalaşmasına şüurlu şəkildə təsir göstərməyə cəhd etmələrini nəzərdən keçirsək məsələ aydın olar: “Deutsche Welle” azad dünyanın mühüm səsi kimi başa düşülməlidir”.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.