DÜNYA
Xristian siyasətçi Mişel Aun Livanın yeni prezidenti seçilib
Bakı, 31 oktyabr, AZƏRTAC
Xristian siyasətçi Mişel Aun Livanda iki ildən çox boş qalmış prezident postuna seçilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, birpalatalı parlamentdə keçirilən seçkilərin ilk turunda general Mişel Aun deputatların səsinin üçdə ikisini toplaya bilmədiyindən qalib ikinci turda müəyyən olunub. Bu dəfə Azad Vətənpərvər Hərəkatına başçılıq edən Aun deputatların əksəriyyətinin etimadını qazana bilib.
Qeyd edək ki, 2014-cü il mayın 25-də Mişel Süleyman prezident sarayını tərk etdikdən sonra Livanda ali dövlət postu boş qalmışdı. İki ildən artıq idi ki, Livan qanunvericiləri həm müsəlman, həm də xristian partiyalarını qane edə biləcək siyasi fiqur barədə razılığa gələ bilmirdilər. Parlamentdə kvorumun olmaması səbəbindən səsvermə 45 dəfə təxirə salınmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]