SİYASƏT


Xuan de Dios Sinkunegi: Azərbaycan dünyanı düşündürən aktual məsələlərin müzakirə olunduğu məkana çevrilib

A+ A

Bakı, 1 oktyabr, AZƏRTAC

Bu gün Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi, dünyanı düşündürən aktual məsələlərin müzakirə olunduğu məkana çevrilib. İnanıram ki, V Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə edilən məsələlər dünyamız üçün faydalı olacaq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Argentina Milli Konqresində beynəlxalq əlaqələr komitəsinin baş direktoru Xuan de Dios Sinkunegi söyləyib.

Xuan de Dios Sinkunegi əmin olduğunu bildirib ki, Forum beynəlxalq humanitar əməkdaşlığın möhkəmlənməsinə, sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfələr verəcək. Humanitar Forumun ənənə halını almasını yüksək qiymətləndirən qonaq dünyada mədəniyyətlərarası dialoqun inkişafında Azərbaycanın rolunu xüsusi qeyd edib. Argentina Milli Konqresinin nümayəndəsi qeyd edib ki, Forumda maraqlı məqamlardan biri səmərəli müzakirələrlə yanaşı, müvafiq problemlərin həlli ilə bağlı çıxış yollarının da göstərilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.