İQTİSADİYYAT
“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və SES-ləri ilə bağlı Saziş İran parlamentində ratifikasiya edilib
Bakı, 28 dekabr, AZƏRTAC
Azərbaycan və İran arasında imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Saziş bu yaxınlarda İran parlamenti tərəfindən ratifikasiya edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev dekabrın 27-də Bakıda keçirilmiş Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclasında bildirib. Nazir Sazişin siyasi və iqtisadi əhəmiyyətinin böyük olduğunu qeyd edib.
Qeyd edək ki, bu Saziş 2016-cı il fevralın 23-də Tehranda imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:33]
® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub
- 07.05.2024 [16:23]
Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar
- 07.05.2024 [14:28]
Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb
- 07.05.2024 [13:27]
Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir
- 07.05.2024 [13:19]