RƏSMİ XRONİKA


Xudat şəhərinin sakinləri ilə görüş VİDEO

A+ A

Xaçmaz, 8 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xudat-Yalama-Zuxuloba avtomobil yolunun açılışından sonra Xudat şəhərinin bir qrup sakini ilə görüşüb.

Sakinlər dövlətimizin başçısını hərarətlə qarşıladılar:

-Xoş gəlmisiniz, cənab Prezident. Həmişə Siz gələsiniz. Qədəmləriniz mübarək olsun.

Prezident İlham Əliyev: Sağ olun. Necəsiniz?

Sakinlər: Çox sağ olun, şükür Allaha. Səfəriniz xeyirli-bərəkətli olsun!

Prezident İlham Əliyev: Yeni yol çəkilib. Çox rahatdır.

Sakinlər: Çox sağ olun. Sizi burada görməyimizə çox şadıq.

Prezident İlham Əliyev: Xaçmaz inkişaf edir, burada ilk aqropark yaradılıb. Birinci mərhələdə orada təxminən 150 iş yeri açılıb.

Sakinlər: Çox sağ olun. Allah Sizi qorusun! Ölkəmizdə əmin-amanlıq olsun!

X X X

Sakinlər ölkəmizin inkişafı ilə bağlı görülən işlərdən razılıqlarını bildirdilər. Onlar qeyd etdilər ki, son illər bölgələrdəki yaşayış məntəqələri daha da abadlaşır, yeni yollar çəkilir, silsilə sosial layihələr reallaşdırılır və regionlarda yeni iş yerləri yaradılır.

Prezident İlham Əliyev Xaçmaz rayonunun hərtərəfli inkişafının daim diqqət mərkəzində olduğunu, burada müxtəlif layihələrin həyata keçirildiyini, çoxlu sayda yeni iş yerlərinin yaradıldığını vurğuladı.

Sonda xatirə şəkli çəkdirildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır