REGİONLAR
Xudatda “MilliÖn” ödəmə aparatından 2 min manat oğurlanıb VİDEO
Xaçmaz, 31 yanvar, AZƏRTAC
Xaçmaz rayonunun Xudat şəhərindəki mağazaların birində yerləşdirilən “MilliÖn” ödəmə aparatından 2 min manat oğurlanıb.
Şəhərin Heydər Əliyev küçəsində yerləşən, Xudat şəhər sakini Abdullayev Nəriman Mustafa oğluna məxsus mağazadan, həmçinin xeyli miqdarda siqaret və spirtli içkilər aparılıb.
Mağaza sahibi ehtimal edir ki, oğrular mağazaya girərkən müşahidə kamerasına düşməmək üçün işıqları söndürüb və ticarət obyektinə arxa qapıdan daxil olublar.
Hadisə yerinə Xaçmaz Rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsinin əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]