CƏMİYYƏT


“Xurafat və dini radikalizmlə mübarizədə qadınların rolu” mövzusunda konfrans keçirilib

A+ A

Bakı, 23 avqust, AZƏRTAC

Avqustun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Xurafat və dini radikalizmlə mübarizədə qadınların rolu” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Atıcılıq Mərkəzində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Binəqədi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Qadınlar Şurasının üzvləri, eləcə də fəal qadınlar, ziyalılar və gənclər iştirak ediblər.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva bildirib ki, konfransın keçirilməsində əsas məqsəd dini radikalizm və onun fəsadları, dini radikalizmin qurbanına çevrilmiş qadınlar, xurafat və onun törətdiyi fəsadlar, xurafatın zərərləri və falçılıq, yas mərasimlərində dini təbliğatın düzgün aparılmaması ilə bağlı müzakirələr təşkil etmək və bu sahədə fikir mübadiləsi aparmaqdır. O qeyd edib ki, cəmiyyətimizin inkişafında qadının rolu olduqca böyükdür.

Dini komitənin şöbə müdiri Elnarə Kərimova bildirib ki, bugünkü cəmiyyət qadınların, anaların tərbiyəsinin məhsuludur. İslam dini qadının məhz elmli, təhsilli olmasını istəyir. Çünki qadın bir anadır. O, övladını öyrəndiyi elm, aldığı təhsil sayəsində tərbiyə etməlidir. Bu baxımdan insanlar arasında maarifləndirmə işi aparılır. Nə qədər təbliğat aparılarsa, bir o qədər də müsbət nəticə əldə etmək olar.

Konfrans müzakirələrlə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.