Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları peşə bayramını qeyd edirlər

Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları peşə bayramını qeyd edirlər

Bakı, 23 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları avqustun 23-də peşə bayramını qeyd edirlər.

Dövlət başçılarının təhlükəsizliyini təmin edənlər sırf peşəkarlardan ibarət olur. Çünki Prezidenti qorumaq elə dövləti qorumaq deməkdir. Tam əminliklə demək olar ki, Azərbaycan Prezidentinin mühafizəsinin təşkili etibarlı əllərdədir.

Dövlət başçısının Sərəncamı ilə avqustun 23-də peşə bayramını qeyd edən Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları da məhz bu prinsiplərə əsaslanaraq ölkədə təhlükəsizliyin qorunmasına öz töhfələrini verirlər. Əsas vəzifələri Azərbaycan Prezidentinin, digər dövlət mühafizəsi obyektlərinin, həmçinin Azərbaycanda olduqları vaxt xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsi olan Xüsusi Dövlət Mühafizə Xidməti ötən dövrdə şərəfli yol keçib. Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1993-cü il avqustun 23-də Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradılması ilə başlayan bu yol, əslində milli dövlətçiliyimizin qorunması işinin mühüm töhfələri ilə yadda qalıb. 1990-cı illərin əvvəllərində ölkəmizdə mövcud olan mürəkkəb ictimai –siyasi vəziyyətlərdə belə mühafizə işinin yüksək peşəkarlıqla təşkil olunması Azərbaycanda bir sıra gərgin vəziyyətlərdən optimal çıxış yollarını sərgiləyib. Məhz o vaxtlar ölkəmizin müstəqilliyinin çətin sınaqlar qarşısında qaldığı bir dönəmdə Heydər Əliyevin yenilməz iradəsi Xüsusi Dövlət Mühafizə Xidmətinin işində də özünü göstərib. Xidmətin şəxsi heyəti Ulu Öndərin Azərbaycan naminə həyata keçirdiyi məqsədlərə yüksək sadiqlik nümayiş etdirirdi.

Odur ki, Ümummilli Liderin Azərbaycanın müəllifi olduğu neft-qaz kəmərlərinin də mühafizəsinin məhz bu quruma - öz peşəkarlığı ilə seçilən Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə etməsi heç də təsadüfi deyil. İndi bu işi qurumun tərkibindəki İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi yerinə yetirir. Xüsusi Dövlət Mühafizə Xidməti Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz İxrac qaz boru kəmərlərinin Azərbaycandan keçən 443 kilometrlik hissəsinin mühafizəsini təşkil etməklə əslində əsrin layihəsinin qorunması işinə daha etibarlı və daha güvənli inam gətirib. Odur ki, ölkə iqtisadiyyatının strateji xətti olan bu kəmərin mühafizəsində heç bir problem olmayıb. Bakı-Supsa, Bakı-Novorossiysk ixrac neft kəmərlərinin Azərbaycandan keçən hissələrinin mühafizəsinin uğurlu təşkili də məhz bu qənaətə gəlməyə imkan verir.

Xüsusi Dövlət Mühafizə Xidməti dövlət orqanları üçün operativlik və təhlükəsizlik tələblərinə cavab verən “TETRA” rabitə sistemini yaradıb. Bu sistem ixrac neft və qaz boru kəmərləri boyunca genişləndirilib. Hazırda bir çox dövlət orqanlarının operativ radiorabitə əlaqəsi bu sistem üzərində qurulub. 2010-cu ilin martında Prezident İlham Əliyevin Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin İdarəetmə Mərkəzinin açılışında iştirak etməsi də bu qurumun işinin keyfiyyətcə yeni mərhələyə qaldırılmasına səbəb olub.

Mərkəzdə dövlət orqanlarının internet informasiya resurslarının, operativlik və təhlükəsizlik tələblərinə cavab verən “TETRA” radiorabitə sisteminin, “AzStateNet” optik DWDM şəbəkəsinin və mərkəzləşdirilmiş informasiya təminatı sisteminin avadanlığı yerləşdirilib. “TİA942” standartlarına cavab verən 2 DATA mərkəzi yaradılıb.

Xüsusi Dövlət Mühafizə Xidmətinin həyatında daha bir əlamətdar hadisə 2011-ci ildə bu qurumun Müalicə Diaqnostika Mərkəzinin istifadəyə verilməsi olub. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın açılışında iştirak etdikləri mərkəzin tikilib istifadəyə verilməsi həm Xüsusi Dövlət Mühafizə Xidmətinin, həm də Milli Qvardiyanın əməkdaşlarının sosial problemlərinin həlli istiqamətində atılan mühüm addımlardan biridir. Çünki əməkdaşların sağlamlığının qorunması, onların tibbi xidmətə olan ehtiyaclarının ödənilməsi məqsədi ilə inşa edilən bu mərkəzdə dünyanın ən müasir tibb avadanlığı quraşdırılıb.

Yüksək peşəkarlıq mühafizə işinin əsas xüsusiyyətidir. Bununla belə müasir elm və texnikadan istifadə etmədən bu işin təşkili çox çətindir. Prezident, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Xüsusi Dövlət Mühafizə Xidmətinin Təlim Tədris Mərkəzi dünya standartlarına uyğun, müasir hərbi kompleks olmaqla, regionda özünün xüsusi özəllikləri ilə seçilir. Burada eyni vaxtda 280 zabit və gizirlə, 180 əsgərlə hərbi təlimlər keçirilir. Bu məqsədlə Təlim Tədris Mərkəzində 100 və 500 metrlik atəş meydançaları, regionda ilk dəfə inşa edilən İnteraktiv Atıcılıq Tiri yaradılıb. Bütün zəruri infrastrukturun yaradılması şəxsi heyətin hərbi tapşırıqları ən yüksək səviyyədə icra etməsinə imkan verən əsas amildir. Bu, həm də Azərbaycanın hərbi qüdrətinin bariz göstəricisidir. Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının yüksək peşəkarlığı xarici dövlət başçılarının da diqqətini cəlb edib.

Xüsusi Dövlət Mühafizə Xidməti şanlı döyüş yolu da keçib. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlər verib.

Beynəlxalq terrorizmin geniş vüsət aldığı bir vaxtda mühafizə işinin təkmilləşdirilməsi, müasir tələblərə cavab verən təlimlərin keçirilməsi, yüksək peşəkar kadrların hazırlanması əsas prinsiplərdəndir. Ölkəmizin ordu quruculuğuna töhfə verən Xüsusi Dövlət Mühafizə Xidmətinin yüksək döyüş qabiliyyətinə malik heyəti də bu sırada fəallığı ilə diqqəti cəlb edir. Dövlətimizin başçısının tapşırıqlarını hər an yerinə yetirməyə qadir olan xidmətin şəxsi heyəti müstəqilliyi uca tutaraq dövlətçiliyin və xalqın seçdiyi Prezidentin etibarlı mühafizəsini özünün müqəddəs vəzifəsi hesab edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO